Uran

Текст песни Sadə bir qız

Sadə bir qız видео клип

Uran
Обзор
Голоса:
0
Неверный текст?

Uran - Текст песни Sadə bir qız

Bu repin sözlərinə diqqətlə qulaq asın:
Dayanacaqda dayandı avtobus. Mindi bir qız sadə bir qız
Sifəti kosmetikasız dodaqları pomadasız
Əlində balaca çanta. Oturdu qıraqda. Sakitcə. Tək. Yalnız.
Arsız baxışları önündəki oğlanın
Mənasız söz atışları önündəki oğlanın
Onu heç cürə fikirlərindən ayırmır yox
O mənliyini sındırmır yox mənəviyyatin ipini qırmır
Gözləri verir daxili aləmindən balaca soraq anlaşılmaz maraq
O içində ağlayaraq kədərini gizlədir
Amma qızarmış gözləri yanaqları çox şeyi biruzə verir
Sanki qizin əvəzinə deyir necə o içini yeyir
Özün hiss edir tənha geyiminə fikir verə bilmir
Çünki geyim indi çox baha
Rəfiqələri onu muasir hesab etmir daha
Köhnə ayaqqabılarının sökülmüş yerlərini örtür
Kurtkasının vaxtı keçib dəri çox kələ kötür
Ötüb keçir yanından bahalı geyimli qızlar
Sadə qızsa danışmaz zərif qəlbi sızlar
Onun ailə vəziyyətini yoxdur bilən
Atasız böyüyən qız hərdən deyən-gülən tanışlarına qarışmaq istəyir
İrəli addımlamaq öz bədbəxt taleyi ilə barışmaq istəyir Sadə bir qız ürəyi saf təmiz
Həyatında yoxdur insafdan iz
Uşaq qəlblidir ona toxunmayın!
O öz aləmindədir manə olmayın Qızın yadından çıxmır 14 fevral
Rəfiqələri alır al qızılgül öz oğlanları ilə görüşür neçəsi şəhərdə
Yazıq sadəlövh qız isə oturub həmişəki kimi tək-tənha evdə
Vərəqləri əzilmiş xatirə dəftərinə baxır.
Ürək sözləri zarafat etiraf sevgi haqda fikir
Bütün bunlar onu sıxır.
Daxili ehtiyac maddi ehtiyac fikirlərini yıxır
Hər gecə xəyallarinda canlandırır bir oğlan
Hansı ki onun dərdinə yanan kefini alan
Əlini cibində qoyan saçlarını sığallayan
Təntənəli gecədə sadə qızla bal rəqsi oynayan
Atlı cəngavər oğlan qızın əlvan xəyallarıUran - Sadə bir qız - http://ru.motolyrics.com/uran/sad-bir-qiz-lyrics.html
O bəzən başa düşmür bunları
Başa düşmür niyə oglanlar ona tərəf baxmır?
O gözəl dəyil? Yox! Onda suni gözəlliyə yox meyl!
Onun sadəliyi ürəyinin təmizliyi
Sanki buna görə onu qəyri-adi hadisələr izləyir
Institutdan çıxıb evə donərkən
Qarşısında bir uşaq dilənərkən o 500 manat verəcək
Fikirləşmir ki evə piyada gedəcək
Fikirləşmir evə gec çatıb anasına nə deyəcək
Fikirləşmir tələbə yoldaşları onu görüb güləcək
Fikirləşir cırıq paltarlı uşaq bu gün nə yeyəcək Sadə bir qız ürəyi saf təmiz
Həyatında yoxdur insafdan iz
Uşaq qəlblidir ona toxunmayın!
O öz aləmindədir manə olmayın Qayıdağın avtobusa. Qızın göz yaşlarının səbəbini axtaraq
Daraq qələm dəftər 2-3 min pul vəsiqə
Gözləri dolmuş qız nə düşünür bu dəqiqə?
Əlində çantadan çıxardığı bir vərəqə
Belkə sevgi məktubudur ? Uyğun deyil məntiqə
O baxır kağıza. Belkə nəsə xoş xəbərdir?
Belə təsir edir bu uşaq qəlbli sadə qıza
Əslindəsə əlində tutduğu kağız bir elandır
Bara ofisiantka lazım axşam 10-dan sonra yalandır!
Qız düşünür: Anası xəstə qadın təqaüdçü evdə qalandır
Kasıbçılıq çox yamandır
Getsinmi bu işə pula görə ?
Güzəran çətin
Ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin
Həkimin dərmanin geyimin evin pulu borclar
Qalar ailənin üzərində vəziyyət daha pis olar
Hirsindən ağlayır qız namus onu boğur
Işsizlik zəmanə qara fikirlər doğur
Avtobus durur.
Qız düşüb evə tərəf dönür.
Maşın uzaqlaşır.
Sadə qız gözdən itib sönür
Dygsuz isimli Üye şuanda online konumundadır Alıntı ile Cevapla

Оставить комментарий

Что вы думаете о песне "Sadə bir qız"? Напишите ваш комментарий.

Рекомендуемые песни