Abbas Sahhat

Текст песни No Title

No Title видео клип

No photo
Обзор
Голоса:
0
Неверный текст?

Переводы песни No Title:

английскийтурецкий

Abbas Sahhat - Текст песни No Title

Könlümün sevgili məhbubu mənim
Vətənimdir,vətənimdir,vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq nə demək?
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim dolanıb qanım olub,Abbas Sahhat - No Title - http://ru.motolyrics.com/abbas-sahhat/no-title-lyrics.html
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımzın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.

Оставить комментарий

Что вы думаете о песне "No Title"? Напишите ваш комментарий.

Рекомендуемые песни